Hindistanda 50 dərəcə isti - 1118 ölü

Hindistanda 50 dərəcə isti - 1118 ölü Anomal istilərin daha iki gün davam edəcək
Digər ölkələr
27 May , 2015 06:51
Hindistanda 50 dərəcə isti - 1118 ölü

Bakı. 27 May. REPORT.AZ/ Hindistanın cənubunda 50 dərəcəyə çatan istilər səbəbindən artıq 1118 nəfər dünyasını dəyişib.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, anomal isti hava səbəbindən ən çox ölüm halları ölkənin cənubundaki Telanqana və Andxra-Pradeş ştatlarında qeydə alınıb.

İsti havanın təsirli altında şəhərlərdə qır yollar əriyib, xalq sərinləmək üçün parklardaki hovuzlara girir. Günəş yanmasından şikayətçi olan vətəndaşların xəstəxanalara müraciəti artıb.

Sinoptiklər anomal istilərin iki gün davam edəcəyini qeyd edir.

Son xəbərlər

Orphus sistemi