Hindistanda 5,5 bal gücündə zəlzələ baş verib

Hindistanda 5,5 bal gücündə zəlzələ baş verib Zəlzələ Hindistanın şimal-şərqində, Banqladeşlə sərhəddə baş verib
Digər ölkələr
3 Yanvar , 2017 15:40
Hindistanda 5,5 bal gücündə zəlzələ baş verib

Bakı. 3 yanvar. REPORT.AZ/ Hindistanın şimal-şərqində, Banqladeşlə sərhəddə 5,5 bal gücündə zəlzələ olub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Xəbərdə bildirilib ki yeraltı təkanlar Hindistanın Aical şəhərindən 78 kilometr cənubda yerli vaxtla saat 09:09-da qeydə alınıb. Zəlzələ ocağı 35 kilometr dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barəsində məlumat yoxdur. 

Son xəbərlər

Orphus sistemi