Yuxarı

​Hindistanda 40 sayt bağlanıb

Həmin saytların terrorçu qruplaşmalar tərəfindən tərəfdaşların cəlb olunması üçün fəal istifadə edildiyi hesab olunur

Bakı. 27 iyul. REPORT.AZ/ Hindistanda sosial gərginlik və dini zəmində münaqişənin yaradılmasına görə ən azı 40 internet saytı bağlanılıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın telekommunikasiya departamenti xəbər yayıb.

Qadağan olunmuş resurslara videoyazıların mübadiləsi üçün istifadə olunan populyar platformalar və bəzi SMS mübadiləsi servisləri daxildir. Hindistan hakimiyyətinin fikrincə, onlar terrorçu qruplaşmalar tərəfindən tərəfdaşların cəlb olunması üçün fəal istifadə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi