Hindistanda daşqınlardan ölənlərin sayı 412 nəfərə çatıb - YENİLƏNİB

Hindistanda daşqınlardan ölənlərin sayı 412 nəfərə çatıb - YENİLƏNİB Daşqınlar zonasında 12 milyondan çox insan qalmaqdadır
Digər ölkələr
20 Avqust , 2017 13:31
Hindistanda daşqınlardan ölənlərin sayı 412 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 20 avqust. REPORT.AZ/ Hindistanın şərqindəki Bihar ştatında daşqınlardan ölənlərin sayı 153 nəfərdən 202-ə çatıb.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, daşqınlar zonasında 12 milyondan çox insan qalmaqdadır. Bihar, Assam, Qərbi Benqaliya və Uttar-Pradeşdə ümumilikdə 412 nəfər daşqınların qurbanı olub.


***09:45

Hindistanın Assam, Bihar və Qərbi Benqaliya ştatlarında 360-dan çox insan daşqınların qurbanı olub.

"Report"un məlumatına görə, bu barədə "NDTV" telekanalı xəbər verib.

Xəbərdə bildirilir ki, bu regionlarda çaylar və göllər son həftələr ərzində fasiləsiz yağan musson leysanları səbəbindən daşıb.

Ən acınacaqlı vəziyyət təbii hadisənin 153 nəfərin həyatına son qoyduğu Bihar ştatındadır. Burada xilasetmə əməliyyatlarına yardım etmək üçün güc strukturlarının əlavə 28 bölməsi, həmçinin 350 min insana xidmət edən 1765 səyyar mətbəx yaradılıb.

Vəziyyətin ağırlılığına görə ikinci yerdə Assam ştatı dayanır. Burada 144 nəfər təbii hadisənin qurbanı olub.

Qərbi Benqaliyada isə 52 nəfər daşqınların qurbanı olub. Təbii hadisədən zərər çəkmiş Uttar-Pradeş ştatında daşqınlar 14 nəfərin həyatına son qoyub.

Son xəbərlər

Orphus sistemi