Hindistanda son sutka ərzində aşkar edilən yeni növ koronavirusa yoluxma hallarının sayı 3 524 olub. Bununla da ölkədə virusa yoluxma hallarının sayı 74 281-ə çatıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyinin yaydığı məlumatda deyilir.
Nazirliyin məlumatına görə, hazırda ölkədə 47 480 nəfər müalicə olunur.
Bundan əlavə, 24 386 nəfər xəstəlikdən sağalıb, 2 415 nəfər COVID-19 qurbanı olub.