Hindistanda 20 nəfər sel və daşqınların qurbanı olub

Hindistanda 20 nəfər sel və daşqınların qurbanı olub Hindistanın Himaçal-Pradeş ştatında şiddətli yağışlar səbəbindən yaranan sel və daşqınlarda 20 nəfər ölüb.
Digər ölkələr
18 Avqust , 2019 20:31
Hindistanda 20 nəfər sel və daşqınların qurbanı olub

Hindistanın Himaçal-Pradeş ştatında şiddətli yağışlar səbəbindən yaranan sel və daşqınlarda 20 nəfər ölüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Times of India" məlumat yayıb.

Bildirilir ki, ştatın paytaxtı Şimlada 8 nəfər həyatını itirib.

Torpaq sürüşməsi və selə görə 14-ü magistral olmaqla bütövlükdə 600-dən artıq yol bağlanıb. 1,4 mindən çox insanın xilasedicilərin köməyinə ehtiyacı var. Hazırda isə ştatın 530-dən çox vətəndaşı evakuasiya olunub. 

Son xəbərlər

Orphus sistemi