Hindistanda 1400 nəfər leysan yağışların və selin qurbanı olub

Hindistanda 1400 nəfər leysan yağışların və selin qurbanı olub Bakı. 6 sentyabr. REPORT.AZ/ Hindistanda 1400 nəfər bir neçə aydır davam edən musson yağışların qurbanı olub.
Digər ölkələr
6 Sentyabr , 2018 01:56
Hindistanda 1400 nəfər leysan yağışların və selin qurbanı olub

Bakı. 6 sentyabr. REPORT.AZ/ Hindistanda 1400 nəfər bir neçə aydır davam edən musson yağışların qurbanı olub.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Hindustan Times" məlumat yayıb.

Bildirilir ki, leysan yağışların səbəb olduğu qəzalar və sel yüzlərlə insanın ölümünə səbəb olub. Ən çox insan itkisi Kerala ştatında qeydə alınıb. Bu ştatda 488 nəfər təbii hadisənin qurbanı olub. Uttar Pradeş ştatında 254 (son xəbərlərdə bu ştatda 3 uşağın selin qurbanı olduğu bildirilir - red), Qərbi Benqal əyalətində isə 210 nəfər həyatını itirib.

Təbii hadisənin qurbanları əsasən suda boğulanlar, ildırım vuranlar, habelə dağılan evlərin altında qalaraq ölənlərdir.

Xəbərdə bildirilir ki, leysan yağışlar zamanı 43 nəfər itkin düşüb. Ölkənin 10 əyalətində davam edən leysan yağışların səbəb olduğu qəzalar zamanı yüzlərlə insan xəsarət alıb. Ölkənin 5 regionunda yüzlərlə ev təbii hadisədən zərər çəkib.

Son xəbərlər

Orphus sistemi