Hindistan və Banqladeşdə 20-dən çox adam siklon qurbanı olub

Hindistan və Banqladeşdə 20-dən çox adam siklon qurbanı olub Şərqi Hindistan və Banqladeş sahillərində tüğyan edən güclü “Amfan” siklonu nəticəsində azı 21 nəfər ölüb.
Digər ölkələr
21 May , 2020 11:39
Hindistan və Banqladeşdə 20-dən çox adam siklon qurbanı olub

Şərqi Hindistan və Banqladeş sahillərində tüğyan edən güclü “Amfan” siklonu nəticəsində azı 21 nəfər ölüb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

“Qərbi Benqaliyanın bütün cənub hissəsi zərər görüb. Siklon elektrik təchizatını pozub və böyük iqtisadi ziyana səbəb olub. Sahil bölgələrində yaşayış evləri, körpülər və digər tikililər dağılıb. Dəymiş zərəri qiymətləndirmək üçün bir neçə gün lazım olacaq”, - ştatın baş naziri Mamata Benrci deyib.

“Koronavirus pandemiyasının vurduğu ziyandan daha çoxu ilə qarşılaşmışıq”, - xanım nazir söyləyib.

İlkin məlumatlara görə, Hindistanın şərqindəki Odişa ştatında 2 nəfər ölüb, Banqladeşdə isə siklon 7 nəfərin ölümünə səbəb olub.

Son xəbərlər

Orphus sistemi