Bakı. 3 noyabr. REPORT.AZ/ Hindistan təhlükəsizlik məqsədilə 8 diplomatını İslamabaddan geri çağırmaq niyyətindədir.
"Report" NDTV telekanalına istinadən xəbər verir ki, diplomatların geri çağırılmasına onların adlarının casusluqla bağlı qalmaqalda çəkilməsindən sonra zərurət yaranıb.
Qeyd edək ki, dünən də Pakistan tərəfi təhlükəsizlik məqsədiylə Hindistandan diplomatlarını geri çağırıb. Müxtəlif mənbələrə görə, geri çağırılanların sayı 4-6 arasında dəyişir.