​Hindistan "Sevastopol" gəmisinə görə Rusiya şirkətini cərimələyib

​Hindistan "Sevastopol" gəmisinə görə Rusiya şirkətini cərimələyib Saxlanıldıqdan sonra gəmi limandan qaçırılıb
Digər ölkələr
27 Fevral , 2015 10:03
​Hindistan Sevastopol gəmisinə görə Rusiya şirkətini cərimələyib

Bakı. 27 fevral. REPORT.AZ/ Rusiyanın "Sevastopol" yük gəmisinin Hindistanın Mumbai dəniz limanından azad edilməsi üçün 200 min dollar cərimə ödənilməlidir.

"Report" "TASS"a istinadən xəbər verir ki, bunu Rusiya Uzaq Şərq Dənizçiləri Regional Həmkarlar Təşkilatının sədri Nikolay Suxanov bildirib.

Onun sözlərinə görə, Vladivostokun "Qudzon gəmiçilik şirkəti" Açıq Tipli Səhmdar Cəmiyyətinə məxsus gəmi ötən həftənin ortalarında Hindistanın Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Hindistanın Mədrəs məhkəməsinin qərarı ilə gəmiçilik şirkəti 200 min dollar məbləğində cərimələnib. Məlumatda bildirilib ki, saxlanıldıqdan sonra gəmini limandan qaçırıblar. Ancaq bundan 11 saat sonra gəmi tapılaraq, yenidən həbs edilib.

Gəmi kommersiya məsələsi ilə bağlı yaranmış mübahisəyə görə saxlanılıb. 

Son xəbərlər

Orphus sistemi