Hindistan sakini qardaşının cinayətinə görə həbsxanada 10 il keçirib

Hindistan sakini qardaşının cinayətinə görə həbsxanada 10 il keçirib Hazırda 43 yaşı olan Bala Sinqh yanvarın 20-də azadlığa buraxılıb
Digər ölkələr
21 Yanvar , 2017 11:02
Hindistan sakini qardaşının cinayətinə görə həbsxanada 10 il keçirib

Bakı. 21 yanvar. REPORT.AZ/ Hindistanın Uttar Pradeş ştatında yerləşən Bicnor şəhərinin sakini qardaşı tərəfindən törədilmiş cinayətə görə 10 il həbsxanada qalıb.

"Report" "Times of India"ya istinadən xəbər verir ki, hazırda 43 yaşı olan Bala Sinqh yanvarın 20-də azadlığa buraxılıb.

B.Sinqh polisin adam öldürməkdə şübhəli bildiyi qardaşı Pappu Sinqh olmadığını sübut edə bilmədiyindən məhkum həyatı yaşayıb. Belə ki, saxlanılan zaman onun üzərində heç bir sənəd olmayıb.

Onun şəxsiyyəti barmaq izlərinin laboratoriyaya göndərilməsindən sonra müəyyən edilib. Nəşr yazıb ki, hökumət orqanlarından heç birinin nümayəndəsi şəxsiyyəti müəyyənləşdirmək üçün sadə testi həyata keçirməyin niyə 10 il vaxt aldığını izah etməyib.

Son xəbərlər

Orphus sistemi