​Hindistan prezidenti yol qəzasına düşüb

​Hindistan prezidenti yol qəzasına düşüb İnsident İsveçdə baş verib
Digər ölkələr
2 İyun , 2015 21:41
​Hindistan prezidenti yol qəzasına düşüb

Bakı. 02 İyun. REPORT.AZ/ Hindistan prezidenti Pranab Kumar Mukerci İsveçə səfəri zamanı yol qəzasına düşüb.

"Report" xəbər verir ki, bu barədə "The Local" nəşri yazıb.

Qeyd olunur ki, onunla yanaşı maşında İsveçin vəliəhd şahzadəsi Viktoriya və onun həyat yoldaşı da olub.

Məlumata görə, qəza nəticəsində nə Hindistan prezidenti, nə də kral ailəsinin üzvləri zərər çəkməyiblər. Bununla yanaşı qeyd olunur ki, qəzanın digər altı iştirakçısı yüngül xəsarət alıb.

Yol-nəqliyyat hadisəsinin təfərrüatları açıqlanmır.

Son xəbərlər

Orphus sistemi