Hindistan polisi qatarı partlatmaqda şübhəli bilinən silahlı şəxsi məhv edib

Hindistan polisi qatarı partlatmaqda şübhəli bilinən silahlı şəxsi məhv edib Həmin şəxs və silahdaşları İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli sayılır
Digər ölkələr
8 Mart , 2017 10:26
Hindistan polisi qatarı partlatmaqda şübhəli bilinən silahlı şəxsi məhv edib

Bakı. 8 mart. REPORT.AZ/ Ötən gecə Hindistan polisi Lakxnau şəhəri ətrafında keçirdiyi əməliyyat zamanı 8 nəfərin xəsarət alması ilə nəticələnən qatarın partladılmasında şübhəli bilinən terrorçunu məhv edib.

"Report" TASS-a istinadən xəbəb verir ki, polislər həmin şəxsi və onun silahdaşlarını İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli sayırlar.

Polislər silahlını Lakxnau şəhəri ətrafında yerləşən evlərin birində 12 saat ərində mühasirəyə alaraq təslim olmağa məcbur ediblər. Onlar bunun üçün gözyaşardıcı qazdan və tüstü buraxan şaşkalardan istifadə ediblər. Ancaq terrorçu onlara atəş açaraq təslim olmaqdan imtina edib. 

Məlumata görə, öldürülən terrorçunun adı Saifulladır. O, dünən Madxya-Prateş ştatında qatarın partladılmasında şübhəli bilinir.

Xəbərdə bildirilib ki, artıq qatarın partladılması ilə bağlı 5 nəfər saxlanılıb, digər 3 nəfərin axtarışı isə davam edir.

Qeyd edək ki, martın 7-də Madxya-Prateş ştatında, Bxopal-Udcayn istiqamətində hərəkət edən sərnişin qatarında partlayış baş verib. Nəticədə ən azı 9 nəfər xəsarət alıb. Polis kustar üsulla hazırlanan partlayıcı qurğunun qatarda işə düşdüyünü açıqlayıb.

Son xəbərlər

Orphus sistemi