Hindistan paytaxtında yanğın nəticəsində ölən və xəsarət alanların sayı artıb

Hindistan paytaxtında yanğın nəticəsində ölən və xəsarət alanların sayı artıb Hindistanın paytaxtı Yeni Dehlinin qərbində üçmərtəbəli ofis binasında yanğın baş verib.
Digər ölkələr
13 May , 2022 22:29
Hindistan paytaxtında yanğın nəticəsində ölən və xəsarət alanların sayı artıb

Hindistanın paytaxtı Yeni Dehlinin qərbində üçmərtəbəli ofis binasında baş verən yanğında ölən və xəsarət alanların sayı artıb.

"Report" xəbər verir ki, bu barədə "Hindustan Times" məlumat yayıb.

Son məlumata görə, hadisə nəticəsində azı 26 nəfər həlak olub, 12 nəfər xəsarət alıb.

Qeyd olunur ki, yanğın birinci mərtəbədən başlayıb və qısa müddətdə 70-ə yaxın insanın olduğu bütün binanı bürüyüb.

Binanın sahibi həbs edilib.

21:49

Hindistanın paytaxtı Yeni Dehlinin qərbində üçmərtəbəli ofis binasında yanğın baş verib.

"Report" xəbər verir ki, bu barədə ANI agentliyi məlumat yayıb.

Hadisə nəticəsində azı 20 nəfər həlak olub.

Yanan binadan 50-dən çox insan xilas edilib, 10-a yaxın adam xəsarət alıb. Yanğın səbəbindən bəzi insanlar pəncərədən atılmalı olub və xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi