Hindistan Pakistanın Kəşmir üzrə danışıqlar aparmaq təklifindən imtina edib

Hindistan Pakistanın Kəşmir üzrə danışıqlar aparmaq təklifindən imtina edib Pakistan XİN başçısının müavini hindistanlı həmkarını İslamabada rəsmi səfərə dəvət etmişdi
Digər ölkələr
17 Avqust , 2016 13:32
Hindistan Pakistanın Kəşmir üzrə danışıqlar aparmaq təklifindən imtina edib

Bakı. 17 avqust. REPORT.AZ/ Hindistan Pakistanın Kəşmir üzrə danışıqlar aparmaq təklifini rədd edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Hindistanın Pakistandakı səfiri Qautama Bambavale avqustun 17-də növbəti dəfə Pakistan xarici işlər nazirinin müavini Ayzaz Çoudhri ilə görüşüb, Hindistan Xarici İşlər Nazirliyinin cavabını çatdırıb. 

Xatırladaq ki, avqustun 15-də A.Çoudhri Q.Bambavalenin vasitəsilə hindistanlı həmkarı Subramaniam Cayşankarı Kəşmir üzrə danışıqlar aparmaq məqsədilə İslamabada rəsmi səfərə dəvət etmişdi. Pakistan XİN başçısının müavinin göndərdiyi məktubda hər iki ölkənin Cammu və Kəşmir problemini BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun şəkildə həll etməklə bağlı beynəlxalq öhdəlikləri vurğulanmışdı.

Son xəbərlər

Orphus sistemi