Hindistan-Pakistan sərhədində atışma olub, 12 nəfər ölüb

Hindistan-Pakistan sərhədində atışma olub, 12 nəfər ölüb Hadisə son sutkada Cammu və Kəşmir bölgəsində baş verib
Digər ölkələr
1 Noyabr , 2016 16:28
Hindistan-Pakistan sərhədində atışma olub, 12 nəfər ölüb

Bakı. 1 noyabr. REPORT.AZ/ Hindistanla Pakistan sərhədinddə sərhədçilər arasında baş verən atışma nəticəsində azı 12 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, hadisə son sutkada Cammu və Kəşmir bölgəsində baş verib.

Məlumata görə, Hindistan tərəfi baş verən atışma nəticəsində bölgədə 7 dinc sakinin öldüyünü açıqlayıb. 

Pakistan ordusunun mətbuat xidməti bildirib ki, Hindistan tərəfdən açılan atəş nəticəsində 4 dinc sakin ölüb, 6-sı isə yaralanıb. 

Son xəbərlər

Orphus sistemi