Hindistan özünün tank əleyhinə raketini sınaqdan keçirib

Hindistan özünün tank əleyhinə raketini sınaqdan keçirib Hindistan Ordusu və Hindistanın Müdafiə Araşdırma və İnkişaf Təşkilatı öz istehsalı olan tank əleyhinə idarə olunan raketi sınaqdan keçirib.
Digər ölkələr
29 İyun , 2022 05:17
Hindistan özünün tank əleyhinə raketini sınaqdan keçirib

Hindistan Ordusu və Hindistanın Müdafiə Araşdırma və İnkişaf Təşkilatı öz istehsalı olan tank əleyhinə idarə olunan raketi sınaqdan keçirib.

“Report” xəbər verir ki, bu barədə NDTV televiziya şirkəti məlumat yayıb.

Sınaqlar iyunun 28-də Maharaştra ştatındakı təlim poliqonunda baş tutub. Atış “Arjun” döyüş tankından həyata keçirilib.

Qeyd olunub ki, sınaqlar uğurla başa çatıb. Telemetriya sistemləri raketin qənaətbəxş uçuş performansını qeydə alıb.

Son xəbərlər

Orphus sistemi