Hindistan ilə Banqladeş anklavların dəyişdirilməsinə dair müqavilə imzaladı

Hindistan ilə Banqladeş anklavların dəyişdirilməsinə dair müqavilə imzaladı Banqladeşin xarici işlər naziri sözü gedən müqaviləni "yeni tarixi mərhələnin başlanğıcı" adlandırıb
Digər ölkələr
6 İyun , 2015 19:29
Hindistan ilə Banqladeş anklavların dəyişdirilməsinə dair müqavilə imzaladı

Bakı. 6 İyun. REPORT.AZ/ Hindistan ilə Banqladeş arasında həmsərhəd bölgələrdə yerləşən anklavların dəyişdirilməsini nəzərdə tutan müqavilə imzalanıb.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, sənədə əsasən Hindistanın Assam, Qərbi Benqaliya, Tripura və Meqxaliya ştatlarındaki ümumi ərazisi 70 kv. kilometr olan 111 anklav Banqladeşə veriləcək. Bunun münaqibilində isə Banqladeş 28 kv.kilometr sahəsi olan 51 anklavı Hindistan ərazisi kimi tanıyacaq.

Sözü gedən ərazilərdə yaşayan 50 min insana vətəndaşlığı seçmək hüququ veriləcək.

Banqladeşin xarici işlər naziri Abul Həsən Mahmud Əli sözü gedən müqaviləni "yeni tarixi mərhələnin başlanğıcı" adlandırıb.

Son xəbərlər

Orphus sistemi