Hindistan Əfqanıstandan gələnlər üçün yeni viza növünün tətbiqinə başlayıb

Hindistan Əfqanıstandan gələnlər üçün yeni viza növünün tətbiqinə başlayıb Hindistanın Daxili İşlər Nazirliyi Əfqanıstandan gəlmək istəyən şəxslərin ərizələrinin daha sürətli baxılması üçün yeni viza növü tətbiq edib. Bu barədə “Report” TASS agentliyinə istinadən xəbər verir.
Digər ölkələr
17 Avqust , 2021 15:16
Hindistan Əfqanıstandan gələnlər üçün yeni viza növünün tətbiqinə başlayıb

Hindistanın Daxili İşlər Nazirliyi Əfqanıstandan gəlmək istəyən şəxslərin ərizələrinə daha tez baxılması üçün yeni viza növü tətbiq edib.

Bu barədə “Report” TASS agentliyinə istinadən xəbər verir.

“Daxili İşlər Nazirliyi Əfqanıstandakı mövcud vəziyyəti nəzərə alaraq, viza qaydalarına yenidən baxır. Hindistana daxil olmaq istəyənlərin ərizələrinə sürətlə baxılması üçün "e-Emergency X-Misc Visa" adlanan yeni elektron viza kateqoriyası tətbiq edilir”, - Hindistan DİN-in rəsmi nümayəndəsi bildirib.

Son xəbərlər

Orphus sistemi