Hindistan COVID-19 yoluxmalarının sayına görə Braziliyanı geridə qoydu

Hindistan COVID-19 yoluxmalarının sayına görə Braziliyanı geridə qoydu Son 24 saat ərzində ölkədə rekord sayda – 168 912 koronavirusa yoluxma faktı qeydə alınıb, 904 nəfər isə dünyasını dəyişib
Digər ölkələr
12 aprel 2021 07:41
Hindistan COVID-19 yoluxmalarının sayına görə Braziliyanı geridə qoydu

Hindistan koronavirusa yoluxmaların sayına görə dünya üzrə ikinci yeri tutub.

“Report” xəbər verir ki, bu barədə “The Times of India” qəzeti Hindistan Səhiyyə Nazirliyinin məlumatlarına istinadən yazır.

Son 24 saat ərzində ölkədə rekord sayda – 168 912 koronavirusa yoluxma faktı qeydə alınıb, 904 nəfər isə dünyasını dəyişib.

Ümumilikdə, Hindistanda pandemiya başlayandan bəri 13 527 717 nəfərdə koronavirus aşkar edilib.

Bundən əvvəl COVID-19-a yoluxmaların sayında Braziliya (13,45 milyon nəfər) ikinci yerdə qərarlaşmışdı. Birinci yeri hələ ki ABŞ tutur (ümumi 31 197 511 yoluxma).

Son xəbərlər

Orphus sistemi