Bakı. 14 fevral. REPORT.AZ/ Hindistan Hərbi Hava Qüvvələri (HHQ) 2030-cü ilədək 400 ədəd hərbi döyüş təyyarəsi almağı planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə yerli "Aero India" sərgi nəşri məlumat yayıb.
"Hindistan HHQ hazırda 2030-cu ilədək təqribən 400 hərbi təyyarənin alınması üzrə proqram həyata keçirir", - deyə məlumatda qeyd olunur.
Bildirilir ki, HHQ-nin gücləndirilməsi Çin və Pakistan tərəfindən gözlənilən təhlükəni dəf etmək zərurəti daşıyır.