Hindistan Baş nazirinin “Twitter” səhifəsi sındırılıb

Hindistan Baş nazirinin “Twitter” səhifəsi sındırılıb 2,5 milyondan çox abunəçisi olan narendramodi_in hesabı Modinin şəxsi saytının “Twitter”dəki rəsmi səhifəsidir.
Digər ölkələr
3 Sentyabr , 2020 11:14
Hindistan Baş nazirinin “Twitter” səhifəsi sındırılıb

“Twitter” şirkəti Hindistanın Baş naziri Narendra Modinin hesablarından birinin sındırıldığını, şirkətin sındırılan hesabı qorumaq üçün tədbirlər gördüyünü və vəziyyəti fəal şəkildə araşdırdığını bildirib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Hakerlər narendramodi_in səhifəsinə giriş əldə ediblər və hesabın bütün abunəçilərinə Baş nazirin qurduğu Milli Yardım Fonduna kriptovalyuta ilə ianə göndərilməsi istəyi göndəriblər.

“Bu işdən xəbərdarıq və ələ keçirilmiş hesabı qorumaq üçün addımlar atmışıq. Vəziyyəti fəal şəkildə araşdırırıq. Hazırda hakerlərin başqa hansı hesabları ələ keçirdiyini bilmirik”, - “Twitter” nüməndəsinin açıqlamasında deyilir.

2,5 milyondan çox abunəçisi olan narendramodi_in səhifəsi Modinin şəxsi saytının “Twitter”dəki rəsmi səhifəsidir və orada Baş nazirin çıxışları yerləşdirilir. Bu hesabda son qeyd avqustun 31-də dərc edilib.

İnsident Baş nazir Modinin 61 milyondan çox abunəçisi olduğu şəxsi Twitter səhifəsinə təsir etməyib.

Son xəbərlər

Orphus sistemi