​Hindistan - Banqladeş sərhədi yenidən çəkiləcək

​Hindistan - Banqladeş sərhədi yenidən çəkiləcək İki ölkə arasındakı sərhədin uzunluğu 4 min kilometrdir
Digər ölkələr
8 May , 2015 13:09
​Hindistan - Banqladeş sərhədi yenidən çəkiləcək

Bakı. 8 may. REPORT.AZ/ "Konstitusiyaya dəyişikliyə səs verməklə parlament Hindistan-Banqladeş əlaqələri baxımından yeni tarixi bir günə imza atdı". "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Hindistanın baş naziri Narendra Modi bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında quru sərhədlərdə keçmişdən qalma problem daimi anlşama əsasında həll ediləcək.

Baş nazir bildirib ki, bununla da sərhəd xidmətinin fəaliyyəti daha da yaxşılaşacaq.

Xatırladaq ki, Cənubi Asiyanın bu iki qonşu dövləti arasında uzun illərdir sərhəd problemi var. Bu səbəbdən sərhəddə davamlı olaraq, atışmalar baş verir.

Qeyd edək ki, Hindistanla Banqladeş arasındakı sərhədin uzunluğu 4 min kilometrdir. Problem isə sərhəddə yerləşən 162 yaşayış məntəqəsi ilə bağlıdır. Sərhəd məsələsi həll edilmədiyindən həmin ərazinin sakinləri sosial sahəyə dair xidmətlərdən məhrum olublar. 

Son xəbərlər

Orphus sistemi