"Report" xəbər verir ki, silahlı hücumlar müvafiq olaraq 5 və 30 nəfərin qətlə yetirildiyi Kokrachar və Sonitpur dairələrində baş verib.
Qətlə yetirilənlər adivasi etnik qrupuna aid olublar. Assam ştatında bir neçə silahlı separatçı qruplaşma, eləcə də, Assamın Azad Edilməsi Birləşmiş Cəbhəsi və BMDC fəaliyyət göstərir. Bu təşkilat suveren Bodolend ştatının Assamın tərkibindən ayrılması uğrunda mübarizə aparır. 2005-ci ildə BMDC Hindistan hökuməti ilə sülh sazişi imzalayıb.