Hindistan 40 min müsəlman rohincanı deportasiya etmək niyyətindədir

Hindistan 40 min müsəlman rohincanı deportasiya etmək niyyətindədir Nyu-Dehli hazırda bu barədə Banqladeş və Myanma ilə danışıqlar aparır
Digər ölkələr
11 Avqust , 2017 18:09
Hindistan 40 min müsəlman rohincanı deportasiya etmək niyyətindədir

Bakı. 11 avqust. REPORT.AZ/ Hindistan on minlərlə müsəlman rohincaları ölkədən deportasiya etmək niyyətindədir. 

"Report" "Press TV"yə istinadən xəbər verir ki, Hindistan hökuməti onların ölkədə qanunsuz şəkildə yaşadığını iddia edir.

Hindistan Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi K.S.Dhatvalia bildirib ki, Nyu-Dehli hazırda təxminən 40 min müsəlman rohincanın ölkədən çıxarılması üçün Banqladeş və Myanma ilə danışıqlar aparır.

Hindistan rəsmilərinin iddiasına görə, hazırda ölkədə yaşayan təxminən 14 min müsəlman rohinca BMT-də qaçqın kimi qeydiyyata düşüb, digərləri isə qanunsuz şəkildə ölkə ərazisində yaşayır və onları deportasiya gözləyir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Hindistan nümayəndəliyi isə rohincaların deportasiyası ilə bağlı Hindistan tərəfinin planlarını öyrənməyə çalışdığını deyib.

Son xəbərlər

Orphus sistemi