Yuxarı

Hind okeanında 7,1 bal gücündə zəlzələ baş verib

Xəsarət alanlar və dağıntılar haqda məlumat verilməyib

Bakı. 5 dekabr. REPORT.AZ/ Hind okeanında 7,1 bal gücündə zəlzələ baş verib.

"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bu haqda ABŞ Geoloji Araşdırmalar Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Avstraliyanın Herd adasından 1020 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı isə 10 km dərinlikdə qeydı alınıb.

Xəsarət alanlar və dağıntılar haqda məlumat verilməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi