Yuxarı
    Bağlamaq

    Hillary Klinton: "İŞİD"lə mübarizədə müharibə ən uğurlu yol deyil

    Klinton bildirib ki, müharibə elan etmədən əvvəl bütün risklər hesablanmalıdır

    Bakı. 11 noyabr. REPORT.AZ/ ABŞ-ın sabiq dövlət katibi, prezidentliyə namizəd Hillari Klinton bəyan edib ki, 2016-ci ildə keçiriləcək seçkilərdə uğur əldə etsə  terrorçu "İŞİD" qruplaşmasına müharibə elan etməyə hazır olmayacaq.

    “Report” TASS agentliyinə istinadən xəbər verir ki, Nyu-Qempşir əyalətində seçicilərlə görüşən Klinton bildirib ki, müharibə elan etmədən əvvəl bütün risklər hesablanmalıdır və "müvafiq hərbi büdcə formalaşdırılmalıdır".

    "Mən hesab etmirəm ki, müharibənin elan edilməsi "İŞİD"lə mübarizədə ən uğurlu yoldur", - deyə prezidentliyə namizəd vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi