Yuxarı

​Hillari Klinton Suriyada uçuşlar üçün qadağan olunan zonanın yaradılmasını təklif edib

İnsanların Suriyadan qaçmasının qarşısını almaq üçün, biz orada uçuşlar üçün qadağan olunmuş zona yaratmalıyıq

Bakı. 14 oktyabr. REPORT.AZ/ Hillari Klinton hesab edir ki, Amerika Birləşmiş Ştatları və onun anti-terror koalisiyası üzrə müttəfiqləri Suriyada hərbi təyyarələrin uçuşları üçün qadağan olunmuş zona yaratmalıdır. "Report" TASS-a istinadən xəbər verir ki, bunu Demokratlar partiyasından prezidentliyə namizəd, ABŞ-ın keçmiş dövlət katibi H.Klinton ilk seçkiqabağı teledebatlarda deyib. O, belə fikir ifadə edib ki, bu addım Suriyadakı dinc sakinləri qorumağa kömək edəcək və Rusiyaya təzyiq göstərmək üçün bir vasitə olacaq.

"İnsanların Suriyadan qaçmasının qarşısını almaq üçün, biz orada uçuşlar üçün qadağan olunmuş zona yaratmalıyıq", - o bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi