Hillari Klinton seçkilərdə məğlubiyyətdən sonra ilk dəfə çıxış edib

Hillari Klinton seçkilərdə məğlubiyyətdən sonra ilk dəfə çıxış edib Siyasətçi adam arasına çıxmağın asan olmadığını etiraf edib
Digər ölkələr
17 Noyabr , 2016 08:21
Hillari Klinton seçkilərdə məğlubiyyətdən sonra ilk dəfə çıxış edib

Bakı. 17 noyabr. REPORT.AZ/ Hillari Klinton respublikaçı namizəd Donald Trampın qələbəsi ilə nəticələnən prezident seçkilərində məğlubiyyətdən sonra ilk dəfə ictimaiyyət arasında nitq ilə çıxış edib.

"Report" CNN telekanalına istinadən xəbər verir ki, Vaşinqtonda "Uşaqların müdafiə fondu"nun yığıncağında çıxış edən Klinton, adam arasına çıxmağın asan olmadığını etiraf edib.

"Son bir həftə ərzində bir neçə dəfə yaxşı bir kitab ilə və saxladığımız itlərlə qaydaya düşmək və daha heç vaxt evdən bayıra çıxmamaq istəyirdim", - deyə Klinton bildirib.

Lakin ardınca o, məğlubiyyətinin üzərində dayanmayaraq anasının onun həyatına necə təsir etməsindən danışmağa başlayıb.

"Biz övladlarımız, ailəmiz və ölkəmiz üçün çox şeylər etməliyik. Mən sizdən bizimlə qalmağınızı, bütün səviyyələrdə əməkdaşlığımızı davam etdirməyi xahiş edirəm", - deyə o əlavə edib.

Son xəbərlər

Orphus sistemi