Hillari Klinton seçicilərinə Çinə qarşı sərt addımlar atacağına söz verib

Hillari Klinton seçicilərinə Çinə qarşı sərt addımlar atacağına söz verib Onun sözlərinə görə, Çin onun şərtləriylə razılaşmasa, ABŞ bazarına çıxışını itirmək riski ilə üzləşəcək
Digər ölkələr
7 Aprel , 2016 09:46
Hillari Klinton seçicilərinə Çinə qarşı sərt addımlar atacağına söz verib

Bakı. 7 aprel. REPORT.AZ/ Demokratlar Partiyasından ABŞ prezidentliyinə əsas namizədlərdən sayılan Hillari Klinton Çinin siyasətindən narazılığını bildirib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, sabiq dövlət katibi hətta rəsmi Pekinə dolayı yolla hədə-qorxu gəlib.

"Çin qanunsuz yolla bizim bazarı ucuz mallarla doldurur, ticarət sirlərimizi oğurlayır, valyutasıyla manipulyasiya edir, dövlət şirkətlərini haqsız üstünlüklərlə təmin edir və Amerika şirkətlərinə qarşı ayrı-seçkilik həyata keçirir", - deyə H.Klinton bildirib.

O, seçicilərinə müraciətində prezident seçiləcəyi təqdirdə Çin hökuməti qarşısında haker hücumundan tutmuş insan hüquqlarına, iqlim dəyişikliyinə, ticarət problemlərinə qədər ən kəskin məsələləri qaldıracağına söz verib.

H.Klintonun sözlərinə görə, Çin onun şərtləriylə razılaşmasa, ABŞ bazarına çıxışını itirmək riski ilə üzləşəcək. 

Son xəbərlər

Orphus sistemi