Yuxarı

​Hillari Klinton Nyu-Cersi ştatında ilkin seçkilərdə - praymerizdə qalib gəlib

Praymerizin nəticəsi Klinton üçün prinsipial vacib əhəmiyyətli rol oynamır

Bakı. 8 iyun. REPORT.AZ/ ABŞ-ın keçmiş dövlət katibi, prezidentliyə namizəd Hillari Klinton çərşənbə axşamı Nyu-Cersi ştatında keçirilən ilkin seçkilərdə (praymeriz) qalib gəlib. "Report"un məlumayına görə, bu proqnozla "Fox News" telekanalı çıxış edib.

Məlumata görə, demokratlar çərşənbə axşamı Nyu-Cersi, Kaliforniya, Nyu-Meksiko, Montana və Cənubi Dakota ştatlarında ilkin seçkiləri, Şimali Dakotada isə partiya fəallarının yığıncağını keçiriblər.

Praymerizin nəticəsi Klinton üçün prinsipial, vacib əhəmiyyətli rol oynamır. Keçmiş birinci xanım, ABŞ prezidentliyinə namizəd öz namizədliyini indidən təmin edib. Qeyd edək ki, Filadelfiyada 2383 nümayəndənin iştirakı ilə qurultay keçiriləcək. Onun namizədliyini təsdiqlənmək üçün bir o qədər səs lazımdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi