Hillari Klinton Co Baydenin namizədliyini dəstəklədi

Hillari Klinton Co Baydenin namizədliyini dəstəklədi ABŞ-ın sabiq dövlət katibi, 2016-cı ildə Demokrat Partiyasının prezidentliyə namizədi olmuş Hillari Klinton qarşıdan gələn prezident seçkilərində demokrat Co Baydenin namizədliyini dəstəklədiyini bildirib.
Digər ölkələr
29 Aprel , 2020 04:03
Hillari Klinton Co Baydenin namizədliyini dəstəklədi

ABŞ-ın sabiq dövlət katibi, 2016-cı ildə Demokrat Partiyasının prezidentliyə namizədi olmuş Hillari Klinton qarşıdan gələn prezident seçkilərində demokrat Co Baydenin namizədliyini dəstəklədiyini bildirib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

"Mən yalnız sizin kampaniyanıza dəstək (Baydenin namizədliyi -red) üçün yox, həm də bir çox məsələləri işıqlandırmağa çox şadam", - Baydenlə videosöhbət zamanı Klinton deyib.

Daha əvvəl Hillari Klinton bildirib ki, onun 2020-ci ildə keçiriləcək növbəti prezident seçkilərində namizədliyini irəli sürmək planı yoxdur.

H.Klinton bununla belə qeyd edib ki, ona planlarını dəyişməsi ilə bağlı təzyiqlər edilir.

Xatırladaq ki, Hillari Klinton 2016-cı ilin prezident seçkilərində Demokrat Partiyasının namizədi kimi çıxış edib. O, seçki marafonunda favorit hesab edilirdi, ancaq Klintonun opponenti - respublikaçı Donald Tramp qələbə qazanıb. 

Son xəbərlər

Orphus sistemi