Yuxarı

​Hindistanda avtobus dərəyə yuvarlanıb: sərnişinlərdən 14-ü ölüb, 30-u yaralanıb

Yerli polisin təmsilçisi bildirib ki, sərnişinlərin çoxu əzilmiş avtobusda qaldığından, ölənlərin sayının artacağı istisna olunmur

Bakı. 20 oktyabr. REPORT.AZ/ Hindistanın şimalında yerləşən Cammu və Kəşmirdə avtobusun dərəyə yuvarlanması nəticəsində azı 14 nəfər ölüb, 30-dan çox sərnişin yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu yerli polis idarəsi bildirib.

İlkin məlumata əsasən, avtobus həddən çox yükləndiyindən, sürücü yolun mürəkkəb hissəsində idarəetməni itirib.

Hadisə baş verən əraziyə - Udxampur dairəsinin Qxodri kəndi yaxınlığına çoxlu sayda xilasedici və həkim cəlb edilib.

Yerli polisin təmsilçisi bildirib ki, sərnişinlərin çoxu əzilmiş avtobusda qaldığından, ölənlərin sayının artacağı istisna olunmur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi