Yuxarı
    Bağlamaq

    Hindistanda 21 maoçu-terrorçu öldürülüb

    Polis Oriss ştatının Malkanqiri şəhərindən 10 km aralıda yerləşən düşərgədə əməliyyat keçirib

    Bakı. 24 oktyabr. REPORT.AZ/ Hindistanda polisin keçirdiyi xüsusi əməliyyat nəticəsində 21 solyönümlü maoçu-silahlı zərərsizləşdirilib.

    "Report" "RİA Novosti"yə istnadən xəbər verir ki, hadisə ölkənin Andxra-Pradeş və Oriss ştatlarının sərhədlərində oktyabrın 24-də səhər saatlarında baş verib.

    Məlumata görə, polis Oriss ştatının Malkanqiri şəhərindən 10 km aralıda, cəngəllikdə yerləşən düşərgədə əməliyyat keçirib. Həmin düşərgədə 50-60 silahlının olduğu bildirilir. 

    Qeyd edək ki, Hindistanda naksalitlər adlandırılan maoçu-silahlılar ölkənin Bixar, Çxattisqarx, Carkxand, Oriss və başqa ştatlarında fəaldırlar. Onlar hakimiyyətə qarşı partizan müharibəsi aparırlar.

    Naksalitləri qeyri-rəsmi olaraq silahlı kommunistlər də adlandırırlar. 2010-cu ildən onlar 2212 terror aksiyası törədib və hadisələr nəticəsində 1003 nəfər həyatını itirib. Maoların siyasi ideoloqu Çinin keçmiş başçısı Mao Tszedun sayılır. O, 1949-1976-cı illərdə ölkəsini idarə edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi