Heyli: "KXDR ilə müharibə hələ də mümkün variantlardan biri olaraq qalır"

Heyli: "KXDR ilə müharibə hələ də mümkün variantlardan biri olaraq qalır" "Heç kim müharibə etmək istəmir"
Digər ölkələr
7 May , 2018 02:14
Heyli: KXDR ilə müharibə hələ də mümkün variantlardan biri olaraq qalır

Bakı. 7 may. REPORT.AZ/ Şimali Koreya ilə müharibə hələ də prezident Donald Tramp administrasiyasının mümkün tədbirlərindən biri olaraq qalır.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın BMT yanında daimi nümayəndəsi Nikki Heyli deyib.

"Bu administrasiya Şimali Koreyaya Birləşmiş Ştatları təhdid edəcəyi təqdirdə onunla nə baş verəcəyini nümayiş etdirən mövqe tutub. Heç kim müharibə etmək istəmir. Prezident müharibə istəmir, mən müharibə istəmirəm. Lakin bu, mümkün əməliyyat variantlarından biridir", - deyə o, CBS teleşirkətinə müsahibəsində "ABŞ Şimali Koreya ilə müharibəyə hazırdırmı?" sualına cavabında bildirib.

Son xəbərlər

Orphus sistemi