Hesabat: Ermənistanın KTMT-də üzvlüyünün dondurulması prosesi davam edəcək

Hesabat: Ermənistanın KTMT-də üzvlüyünün dondurulması prosesi davam edəcək Ermənistanın Xarici Kəşfiyyat Xidməti (XKX) İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) işində iştirakının dondurulması üçün əsasların 2025-ci ildə aradan qalxması ehtimalının az olduğunu hesab edir.
Digər ölkələr
23 Yanvar , 2025 11:20
Hesabat: Ermənistanın KTMT-də üzvlüyünün dondurulması prosesi davam edəcək

Ermənistanın Xarici Kəşfiyyat Xidməti (XKX) İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyünün dondurulması prosesinin dayandırlması üçün səas yoxdur.

“Report” xəbər verir ki, bu barədə XKX-nin regiondakı hərbi-siyasi vəziyyətə dair ilk hesabatında deyilir.

"Təsis müqaviləsinin müddəalarına baxmayaraq, KTMT-nin nizamnamə məqsədləri olan Cənubi Qafqazın problemlərinə cavab vermək qabiliyyətinin olmaması 2025-ci ildə çətin ki dəyişsin. Hesab edirik ki, Ermənistanın KTMT-də üzvlüyünün dondurulması üçün əsasların 2025-ci ildə aradan qalxması ehtimalı azdır", - hesabatda qeyd olunur.

Son xəbərlər

Orphus sistemi