ABŞ-ın hərbi dəniz qüvvələri naziri Pentaqona müvəqqəti başçılıq edəcək

ABŞ-ın hərbi dəniz qüvvələri naziri Pentaqona müvəqqəti başçılıq edəcək ABŞ-ın hərbi dəniz qüvvələri naziri Riçard Spenser Senatda Mark Esperin müdafiə naziri vəzifəsinə namizədliyinin müzakirələri ilə əlaqədar bir müddət Pentaqonun başçısı olacaq.
Digər ölkələr
10 İyul , 2019 02:06
ABŞ-ın hərbi dəniz qüvvələri naziri Pentaqona müvəqqəti başçılıq edəcək

ABŞ-ın hərbi dəniz qüvvələri naziri Riçard Spenser Senatda Mark Esperin müdafiə naziri vəzifəsinə namizədliyinin müzakirələri ilə əlaqədar bir müddət Pentaqonun başçısı olacaq.

“Report” xəbər verir ki, bu barədə Pentaqonun nümayəndəsinə istinadən “Military Times” yazıb.

Nəşr qeyd edib ki, qanunvericiliyə əsasən Senatda Mark Esperin Pentaqonun başçısı postuna namizədliyinə baxıldığından o, hələ ki, Müdafiə Nazirliyinə rəhbərlik edə bilmir.

Esperin müdafiə naziri vəzifəsinə namizədliyi iyunun 21-də prezident Donald Tramp tərəfindən rəsmən irəli sürülüb. Senatda onun namizədliyi üzrə dinləmələr yaxın vaxtlarda olacaq. Esper hələ ki, əvvəlki quru qoşunları naziri vəzifəsini icra edəcək.

Son xəbərlər

Orphus sistemi