Bakı. 13 Avqust. REPORT.AZ/ Yüzlərlə fələstinli yeniyetmə qız bu yay HƏMAS təşkilatının Misirlə sərhəddə yerləşən Rafahda açdığı hərbi düşərgədə təlim keçib.
"Report" xəbər verir ki, HƏMAS nümayəndələri məzunların İsrailin istənilən hücumuna qarşı müqavimət göstərməyə hazır olacaqlarına vəd veriblər.
Bu həftə düşərgədə "buraxılış gecəsi" keçirilib və kursant qızlar sıra təlimi hazırlıqlarını nümayiş etdiriblər.