HƏMAS silahlılarının girov saxladığı Macarıstan vətəndaşı ölü tapılıb

HƏMAS silahlılarının girov saxladığı Macarıstan vətəndaşı ölü tapılıb Fələstinin radikal HƏMAS hərəkatının silahlıları tərəfindən girov saxlanılan Macarıstan vətəndaşı ölü tapılıb.
Digər ölkələr
1 yanvar 2024 23:47
HƏMAS silahlılarının girov saxladığı Macarıstan vətəndaşı ölü tapılıb

Fələstinin radikal HƏMAS hərəkatının silahlıları tərəfindən girov saxlanılan Macarıstan vətəndaşı ölü tapılıb.

“Report” xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto İsrailin strateji planlaşdırma naziri Ron Dermer ilə telefon danışığından sonra deyib.

“Təəssüf ki, Ron Dermer ikili vətəndaşlığı olan girovun cəsədinin tapılması ilə bağlı mətbuatda yayılan kədərli xəbəri təsdiqləyib”, - XİN rəhbəri bildirib.

Nazir həmin şəxsin adının nə olduğunu və hansı şəraitdə öldüyünü açıqlamayıb.

Eyni zamanda o qeyd edib ki, Macarıstan vətəndaşlığı olan daha bir şəxs HƏMAS tərəfindən girovluqdadır və hökumət onun azad edilməsi üçün səylərini davam etdirir. Bundan əvvəl Qətərin vasitəçiliyi ilə Fələstin radikalları tərəfindən əsir götürülən iki uşaq da daxil olmaqla üç Macarıstan vətəndaşı azad edilib.

Son xəbərlər

Orphus sistemi