HƏMAS sabah azad edəcəyi girovların siyahısını dərc edib

HƏMAS sabah azad edəcəyi girovların siyahısını dərc edib HƏMAS fevralın 1-də azad edəcəyi girovların siyahısını dərc edib.
Digər ölkələr
31 Yanvar , 2025 13:28
HƏMAS sabah azad edəcəyi girovların siyahısını dərc edib

HƏMAS fevralın 1-də azad edəcəyi girovların siyahısını dərc edib.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilir ki, siyahıya İsrail, ABŞ və Fransa vətəndaşlığı olan şəxslər daxildir.

Qeyd olunur ki, siyahıya İsrail vətəndaşı Yarden Bibas daxildir. Həmçinin, ABŞ pasportu sahibi Kit Siqal və Fransa vətəndaşı Ofer Kalderonun da azad edilməsi gözlənilir.

İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi bildirib ki, vasitəçilər razılaşma çərçivəsində radikalların fevralın 1-də azad edəcəyi girovların adlarını İsrail tərəfinə təqdim edib. Ofisdən əlavə ediblər ki, siyahıya baxıldıqdan və azad ediləcək girovların ailələrinə məlumat verildikdən sonra ətraflı şərh olacaq.

Son xəbərlər

Orphus sistemi