HƏMAS lideri: "Netanyahu odla oynayır"

HƏMAS lideri: "Netanyahu odla oynayır" Netanyahunun mübarizəsi dini zəmində həyata keçirilir.
Digər ölkələr
5 Dekabr , 2014 18:57
HƏMAS lideri: Netanyahu odla oynayır
Bakı. 5 dekabr. REPORT.AZ/ "Qüdsdə Əl-Əqsa məscidinə edilən hücum fələstinliləri özündən çıxarıb. Buna görə də israillilərin ölümündən ölkənin baş naziri Benyamin Netanyahu cavabdehdir. Bir sözlə, Netanyahu odla oynayır". "Report"un xarici mətbuata istinadən xəbər veir ki, bunu Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) lideri Xalid Məşəl deyib.

Onun sözlərinə görə, Qüds və Fələstində müqəddəs yerlərin zəbt edilməsi, xüsusilə də Əl-Əqsa məscidinə edilən hücum hər kəsi çox qəzəbləndirdi. Netanyahu hökumət üzvlərinə və tərəfdarlarına məscidə hücum etmələri üçün icazə vermişdi, halbuki bu çox təhlükəli idi. Bizim mübarizəmiz milli xarakter daşısa da, Netanyahunun mübarizəsi dini zəmində həyata keçirilir. Odur ki, baş verənlərin bütün məsuliyyəti Netanyahuya məxsusdur".

Həmas lideri onu da qeyd edib ki, Qüdsdə Əl-Əqsa məscidi müsəlmanlar üçündür. Oranın zəbt edilməsi isə müsəlmanların dua etmələrinin qarşısını almaq deməkdir. Müqəddəs yerə hərbçilərin, eləcə də polislərin ayaqqabı ilə hücum etmələrinə icazə verilib. Bu odla oynamaqdır. Bu səbəbdən israillilərin ölümündən Netanyahu cavabdehdir".

Son xəbərlər

Orphus sistemi