HƏMAS lideri İsraili raket zərbələri ilə hədələyib

HƏMAS lideri İsraili raket zərbələri ilə hədələyib "İşğalçılar bütün qırmızı xətləri keçiblər"
Digər ölkələr
27 Noyabr , 2016 15:04
HƏMAS lideri İsraili raket zərbələri ilə hədələyib

Bakı. 27 noyabr. REPORT.AZ/ Fələstin qanunverici orqanının (parlament) üzvü və HƏMAS-ın siyasi qanadlarından birinin lideri Muşir əl-Məsri qruplaşmanın min ədəd raketə malik olduğu və müharibə başlanacağı təqdirdə onların Tel-Əviv və onun şimal qəsəbələrinə tuşlanacağını bildirib.

"Report" xəbər verir ki, bunu o, HƏMAS-ın Qəzzada keçirilən mitinqində deyib.

"İşğalçıların gələcəkdə HƏMAS-ın hərbiləşdirilmiş qanadı "İzz əd-Din əl-Qəssam" ilə istənilən müharibəsi Tel-Əviv və ondan şimalda yerləşən yaşayış məntəqələrinin atəşə tutulması ilə nəticələnəcək", - deyə o bildirib.

"İşğalçılar bütün qırmızı xətləri keçiblər. Onlardan sonuncusu da Yerusəlim və işğal edilmiş torpaqlarda ibadətə qadağanın qoyulmasına çağırış oldu", - deyə Əl-Məsri söyləyib.

Son xəbərlər

Orphus sistemi