Helsinki polisinin narkotiklə mübarizə üzrə keçmiş şöbə rəisi narkodiler çıxıb

Helsinki polisinin narkotiklə mübarizə üzrə keçmiş şöbə rəisi narkodiler çıxıb O, narkotik alveri ilə bağlı 20-dən çox, o cümlədən 5 ağır cinayət törətməkdə təqsirkar bilinib
Digər ölkələr
30 Dekabr , 2016 15:47
Helsinki polisinin narkotiklə mübarizə üzrə keçmiş şöbə rəisi narkodiler çıxıb

Bakı. 30 dekabr. REPORT.AZ/ Helsinki polisinin narkotik ticarəti ilə mübarizə üzrə keçmiş şöbə rəisi Yari Aarnio 10 il müddətinə həbs cəzasına məhkum edilib.

"Report" "Euronews"a istinadən xəbər verir ki, o, narkotik alveri ilə bağlı 20-dən çox, o cümlədən 5 ağır cinayət törətməkdə təqsirkar bilinib.

Həmçinin, istintaq müəyyənləşdirib ki, 5 il əvvəl Y.Aarnio vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Finlandiyaya 800 kq həşiş tədarükünü və onun ölkə daxilində paylanmasını təşkil edib.

Son xəbərlər

Orphus sistemi