Hələbin 98 faizi müxalifətdən təmizlənib

Hələbin 98 faizi müxalifətdən təmizlənib Rejim müxalifətin nəzarəti altında olan kiçik ərazini bombardman edir
Digər ölkələr
12 Dekabr , 2016 16:07
Hələbin 98 faizi müxalifətdən təmizlənib

Bakı. 12 dekabr. REPORT.AZ/ Suriyanın Hələb şəhərinin 98 faizi Bəşşar Əsədə bağlı silahlı qrupların nəzarəti altına keçib.

“Report” Haber7-yə istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Evi məlumat yayıb.

İnformasiyaya əsasən, rejim müxalifətin nəzarəti altında olan kiçik ərazini bombardman edir.

Suriyadakı Bəşşar Əsəd rejimi Rusiya ilə birlikdə Hələb ərazisinin 98 faizinə nəzarət etdiklərini bildirib. Suriyalı general Hələbin silahlı müxalifətdən tamamilə təmizlənməsinin "bir addımlığında olduqlarını” deyib.

Qedy edək ki, Suriyanın Palmira şəhəri isə yenidən İŞİD terrorçularının nəzarəti altına keçib. 

Son xəbərlər

Orphus sistemi