Hələbdən təxliyə edilən 800 sakin girov götürülüb

Hələbdən təxliyə edilən 800 sakin girov götürülüb Təxliyə karvanında 4 partlayış törədilib
Digər ölkələr
16 Dekabr , 2016 14:29
Hələbdən təxliyə edilən 800 sakin girov götürülüb

Bakı. 16 dekabr. REPORT.AZ/ Hələbin şərqində sakinlərin təxliyəsi məqsədilə istifadə edilən avtobusun Bəşər Əsədə bağlı silahlı qruplar tərəfindən atəşə tutulması nəticəsində çoxlu sayda insan yaralanıb.

“Report” "Sabah"a istinadən xəbər verir ki, bu barədə “France Press” və “Reuters” agentlikləri məlumat yayıb.

Xəbərdə bildirilib ki, dekabrın 15-dən başlayan təxliyə bu gün dayandırılıb.

Məlumata görə, təxliyə avtomobili karvanında 4 partlayış törədilib və Bəşər Əsədə bağlı silahlı qruplaşmalar 800 qaçqını girov götürüb. 

Son xəbərlər

Orphus sistemi