Hələbdə xəstəxanaya raket zərbəsi endirilib: 3 ölü, 17 yaralı

Hələbdə xəstəxanaya raket zərbəsi endirilib: 3 ölü, 17 yaralı Xəstəxana binasına ciddi ziyan dəyib
Digər ölkələr
3 May , 2016 15:24
Hələbdə xəstəxanaya raket zərbəsi endirilib: 3 ölü, 17 yaralı

Bakı. 3 may. REPORT.AZ/ Terrorçular Suriyanın Hələb şəhərində yerləşən xəstəxanaya raket zərbəsi endiriblər.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, radikalların buraxdığı raketlər Hələb şəhərinin hökumət qüvvələri tərəfindən nəzarət edilən ərazisində yerləşən "Əl Dabit" xəstəxanasına düşüb.

Xəstəxanaya zərbələr nəticəsində 3 qadın ölüb, daha 17 nəfər isə yaralanıb.

"Reuters" həmçinin xəstəxana binasına ciddi ziyan dəydiyini bildirib.

Son xəbərlər

Orphus sistemi