​Hələbdə kamikadzenin özünü partlatması nəticəsində 25 nəfər ölüb

​Hələbdə kamikadzenin özünü partlatması nəticəsində 25 nəfər ölüb Çoxlu sayda insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb
Digər ölkələr
7 İyul , 2015 03:38
​Hələbdə kamikadzenin özünü partlatması nəticəsində 25 nəfər ölüb

Bakı. 7 İyun. REPORT.AZ/ "Nüsra cəbhəsi" terror qruplaşması üzvünün özünü Suriya Silahlı Qüvvələrinin Hələb şəhərindəki postunda partlatması nəticəsində 25 nəfər ölüb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, ölənlərin hərbçi və Suriya ordusu ilə müttəfiq olan qüvvələrin nümayəndələri olduğu qeyd edilir.

Hadisə nəticəsində çoxlu sayda insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Mənbələrin məlumatına görə, Suriya ordusu terror qruplaşmasının şəhəri ələ keçirmək cəhdinin qarşısını alıb.

Son xəbərlər

Orphus sistemi