Hələb şəhəri atəşə tutulub, bir uşaq ölüb, səkkizi yaralanıb

Hələb şəhəri atəşə tutulub, bir uşaq ölüb, səkkizi yaralanıb Bakı. 15 sentyabr. REPORT.AZ/ Suriyanın Hələb şəhərinin yaraqlılar tərəfindən atəşə tutulması nəticəsində 1 uşaq ölüb, daha 8 nəfəri isə yaralanıb.
Digər ölkələr
15 Sentyabr , 2018 04:29
Hələb şəhəri atəşə tutulub, bir uşaq ölüb, səkkizi yaralanıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Suriyanın Hələb şəhərinin yaraqlılar tərəfindən atəşə tutulması nəticəsində 1 uşaq ölüb, daha 8 nəfəri isə yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Suriyada Düşmən Tərəflərin Barışdırılması Mərkəzi məlumat yayıb.

"Hələb şəhəri ətarflarından birinin 82 millimetrlik minaatanlardan atəşə tutulması nəticəsində 14 dinc sakin (11 yaşlı uşaq ölüb, səkkizi uşaq olmaqla 13 nəfər yaralanıb) zərər çəkib", - deyə mərkəzin rəhbəri general-leytenant Vladimir Savçenko bildirib.

Həmçinin Tell-Rifat yaşayış məntəqəsinin 120 millimetrlik minaatanlardan atəşə tutulması nəticəsində 2 dinc sakin ölüb.

Son xəbərlər

Orphus sistemi