Bakı. 4 avqust. REPORT.AZ/ Suriyada fəaliyyət göstərən "Ceyş əl-Fəth" terror qruplaşması Suriyanın şimal paytaxtı sayılan Hələbin yaşayış məhəllələrini artilleriya atəşinə tutmaqda davam edir.
"Report" "Əl-İxbariyə" telestansiyasına istinadən xəbər verir ki, nəticədə çərşənbə günü axşam dinc sakinlər arasında ölənlərin sayı 7 nəfərə çatıb, 40-dan çox insan yaralalınb.
Suriya Silahlı Qüvvələri komandanlığının məlumatına görə, Hərbi Hava Qüvvələri çərşənbə günü düşmənin mövqelərinə 100-dən çox hava zərbəsi endirib. Bombardıman nəticəsində terrorçuların Xan əl-Asal yaxınlığında üç komanda mərkəzi, onlarla zirehli texnikası və üzərində pulemyot olan yolsuzluq maşını, döyüş sursatı daşıyan yük avtomobilləri sıradan çıxarılıb. Terrorçular arasında yüzlərlə ölən və yaralanan var.