Həftə ərzində Cənubi Sudanda 60 nəfər öldürülüb

Həftə ərzində Cənubi Sudanda 60 nəfər öldürülüb Hərbçilər 21 üsyançını məhv edib
Digər ölkələr
15 Oktyabr , 2016 06:21
Həftə ərzində Cənubi Sudanda 60 nəfər öldürülüb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Həftə ərzində Cənubi Sudanda azı 60 insan müxtəlif zorakılıqların qurbanı olub.

"Report"un məlumatına görə, bu barədə "Reuters" agentliyi ordu nümayəndəsinə istinadən xəbər yayıb.

Lul Ruay Koanq (Lul Ruai Koang – "Report") ordusunun nümayəndəsi bildirib ki, üsyançılar mülki sakinləri yandırır, qadınları şikəst edir, uşaqları oğurlayaraq, insanların mülklərini məhv ediblər.

Onun sözlərinə görə, ölkənin keçmiş vitse-prezidenti Riek Maşara məxsus silahlı qruplaşmalar təkcə ötən şənbədən cümə axşamınadək 11 hərbi qulluqçunu və azı 28 mülki sakini öldürüblər.

Hərbçilər də öz növbəsində 21 üsyançını məhv ediblər.

Qeyd edək ki, Cənubi Sudanda münaqişə Sudanın müstəqillik əldə etməsindən 2 il sonra başlayıb. 

Son xəbərlər

Orphus sistemi